Xidmət istiqamətlərimiz:
• Maliyyə uçotu və hesabatlılıq sistemi
PL (Mənfəət və Zərər), Balans və Pul Vəsaitlərinin Hərəkəti hesabatlarının düzgün hazırlanması və standartlara uyğunlaşdırılması.
• Büdcə və Planlama
Müəssisənin məqsədlərinə uyğun büdcə modeli, aylıq planlama, kassa proqnozu (cash forecast) və plan-fakt analizi.
• Maliyyə təhlili və qərarvermə dəstəyi
Şirkətin maliyyə vəziyyətinin, maya dəyərinin analizi, rentabellik göstəricilərinin, xərc strukturunun və investisiya imkanlarının təhlili.
• Pul vəsaitlərinin idarə olunması (Cash Management)
Kassanın dövriyyəsi, likvidlik, borc öhdəlikləri və debitor-kreditor balansının optimallaşdırılması.
• IFRS-ə uyğunlaşma və hesabat standartları
Maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunlaşdırılması və rəhbərlik üçün aydın təqdimat formatı.
Sahibkar üçün hansı problemi həll edirik?· “Rəqəmlərim niyə mənə real vəziyyəti göstərmir?”
· “Pul var, amma yenə də çatmır niyə?”
· “Satış artır, amma mənfəət yoxa çıxır.”
· “Hansı xərc lazımlıdır, hansını azaltmaq olar?”
· “Strateji qərar vermək üçün hansı məlumat lazımdır?”
Biz maliyyəni hesabatlar deyil, idarəetmə qərarlarının dili kimi qururuq.
NəticəMaliyyə sistemi düz qurulduqda şirkət:
· real mənzərəni görür,
· riskləri vaxtında hiss edir,
· planlama edə bilir,
· böyüməni idarə edə bilir.
SER Consulting maliyyəni “uçot”dan çıxarıb idarəetmə alətinə çevirir.